"Turan Tovuz" ciddi stadion problemi ilə üzləşib.

Rekord.az xəbər verir ki, klubun ixtiyarında standardlara cavab verən bir meydança var ki, o da əsas meydançadır.

Yardımçı meydançaların ölçüsü isə qeyri-standarddır. Nəzərə alsaq ki, əsas komandadan başqa əvəzedici komanda, eləcə də aşağı yaş qruplarından ibarət komandalar məşqlərini və çempionat oyunlarını burada keçir, o zaman çox sıx qrafik yaranmış olur. Klub rəhbərliyi problemdən çıxış yolu tapıb. Daha ətraflı klubun idman direktoru Nadir Nəbiyev saytımıza açıqlamasında deyib: "Bildiyiniz kimi, əsas meydançanın köhnə süni örtüyünü söküb yenisini döşədilər. Amma deyim ki, köhnə örtük tam olaraq yararsız deyil və istifadə etmək olar. Ona görə də Tovuz Olimpiya İdman Kompleksi ilə danışıq aparmışıq, sağ olsunlar, bizə yer ayırıblarvə həmin köhnə örtüyü həmin ayırılmış yerə döşəməyi düşünürük. Bundan sonra akademiyanın bir hissəsini ora köçürməklə, vəziyyəti qismən düzəltməyə çalışacağıq.