
"Turan Tovuz" ev oyunlarını bu stadionda keçirəcək - ÖZƏL!
- 11:00
- 1190
"Turan Tovuz"un yeni mövsümdə ev oyunlarını keçirəcəyi stadion məlum olub.
Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi Bakıya üz tutacaq və öz stadionu hazır olana qədər "Azərsun Arena"da oynayacaq.
Artıq bununla bağlı "Qarabağ"la ilkin razılıq əldə olunub.
Qeyd edək ki, yaxın günlərdə Tovuz stadionunda qazonun dəyişdirilməsi prosesinə start veriləcəyi üçün komanda özünə başqa stadion axtarmağa məcbur olub.