
"Turan Tovuz" çatdırsa, bunu da etmək istəyir
- 23 May 2023 13:00
- 851
"Turan Tovuz"un sponsoru olan "Huner Group" klubu himayəsinə götürəndən bəri infrastrukturla bağlı bir sıra vacib addımlar atmağa davam edir.
Rekord.az xəbər verir ki, sözügedən şirkət komandanın ev oyunlarını keçirdiyi stadionun süni örtüyünü də təbii ilə əvəzləmək istəyir.
Əslində bu məsələ bu il üçün nəzərdə tutulmamışdı. Lakin sponsor sonradan bu məsələni də cari ildə həll etmək istəyir. Sadəcə, bir məsələ var ki, əsas meydança təbii örtük olsa, o zaman mütləq şəkildə bir ehtiyat təbii örtüyə də zərurət yaranacaq. Hazırda bu məsələ üçün çözüm aranır. Həmin ehtiyatb meydança ya stadion daxilində, burda alınmasa, stadiondan kənarda olmalıdır. Yəni əsas olan ehtiyat meydança üçün yer tapılmasıdır. Bu məsələ qısa zamanda həll olunsa, prosesə iyun ayının ortalarına kimi start verilməsi düşünülür.