Əfqan Talıbov mövsümün sonunda "Turan Tovuz"un baş məşqçisi postunu tərk edəcək.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisinin son turda "Neftçi-2"-ə 0:3 hesabı ilə uduzması rəhbərliyin qərarına təsir edib.

Rəhbərlik yayda komanda üçün yeni baş məşqçi axtaracaq.

Qeyd edək ki, Talıbov Rövşən Babayevin istefasından sonra mövsümün sonuna qədər baş məşqçi postun təyin olunmuşdu. Yalnız maksimum nəticə və ilk "3-lüy"ə daxil olacağı halda onun postunda qalacağı mümkün idi ki, bunun da indiki halda reallaşacağı mümkünsüz görünür.