
“Turan Tovuz” Ankaraya getdi
- 14:00
- 65
"Turan Tovuz" təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hazırlıqların ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində məskunlaşacaq.
Tovuz təmsilçisi iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Qeyd edək ki, Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda olacaq.