Fransanın 2-ci liqasında çıxış edən komandalar arasından növbəti mövsüm üçün Liqa 1-ə vəsiqə qazanan ilk klub müəyyənləşib. 

Rekord.az xəbər verir ki, “Tuluza” sona 3 tur qalmış ölkənin əsas liqasında yarışmaq hüququ əldə edib.

Komanda buna ötən gün 35-ci turda “Niort”a qalib gəlməklə nail olub. Beləliklə, “Tuluza” xallarının sayını 76-ya çatdırıb və ən yaxın izləyicisi “Ayakkyo” ilə 8 xallıq fərq yaradıb. 

Filip Montanyenin komandası geridə qalan 35 oyunda 80 qol vurub və 30 qol buraxıb. 

Qeyd edək ki, “Tuluza” ardıcıl 17 mövsüm Liqa 1-də mübarizə aparmasının ardından 2020-ci ildə aşağı diviziona yuvarlanmışdı.