
“Traktor”dan növbəti qələbə
- 13 May 2023 10:15
- 332
Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti oyununa çıxıb.
Təbriz klubu doğma meydanda “Nassaji Mazandaran”la qarşılaşıb. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar - 1:0.
“Traktor” 29 turdan sonra 52 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.