
“Traktor”dan inamlı qələbə
- 06 May 2023 10:00
- 348
Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Mes Kerman”la qarşılaşıb. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar - 3:1.
“Traktor” 28 turdan sonra 49 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.