
“Traktor” doğma meydanda yenə qələbə qazana bilmədi
- 31 Avq 2022 22:22
- 437
Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Havadar”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar - 0:0.
“Traktor” 4 turdan sonra 2 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.