Futbol üzrə İran çempionatında 12-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Paykan”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 3:2.

“Traktor” hazırda 30 xalla 16 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.