Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Kaleb Ekuban karyerasını İtaliyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu “Cenoa”ya keçəcək. Ekuban yaxın zamanda yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.

“Trabzonspor” klubu Ekubanın transferi üçün “Cenoa” ilə danışıqlara başlanıldığını açıqlayıb.

Ekuban 2019-cu ilin yayından “Trabzonspor”da çıxış edir. O, bu komanda ilə 103 oyunda 29 qol vurub, 18 məhsuldar ötürmə edib.

“Cenoa” “Empoli”nin müdafiəçisi Stefano Sabellini də transfer edib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. İtaliyalı müdafiəçi əvvəllər “Bari”, “Karpi” və “Breşiya”da da oynayıb.

A Seriyası təmsilçisi bir müddət əvvəl “Torino” ilə yollarını ayıran və azad agent statusu daşıyan qapıçı Salvatore Siriqunu da heyətinə qatıb. 34 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır.

Siriqu 2017-ci ildən “Torino”da çıxış edirdi. O, bu dörd mövsüm ərzində Turin təmsilçisində 152 matça çıxıb. İtaliya millisində da oynamış Siriqu, peşəkar karyerasına “Palermo”da başlayıb. O, sonralar “Kremonese”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna” kimi klubların da formasını geyinib. İtalyan qolkiper millidə 27 oyun keçirib.