Bir qrup tovuzlu azarkeş və futbol ictimaiyyətinin nümayəndələri "Turan"ın sabiq baş məşqçisi Naci Şensoya müraciət ünvanlamaq istəyir.

Rekord.az xəbər verir ki,müraciət mütəxəssisin klubla aralarında olan borc söhbətinə görədir.

Bildiyiniz kimi, vaxtı ilə "Turan"da baş məşqçi işləmiş Şensoy buradan ayrıldıqdan sonra klubun ona külli miqdarda borcu olduğunu əsas gətirərək UEFA və FİFA-ya şikayət etmiş və sözügedən qurumlar da borcun ödənilməsi üçün klub rəhbərliyinin qarşısında şərt qoymuşdu. Sonradan isə maliyyə olmadığından və borc ödənilmədiyindən sanskiyalar tətbiq olunmuş və məhz həmin cəza və borc səbəbindən komanda bu gün "Turan" adı ilə çıxış edə bilmir, "Turan"ın yanına "Tovuz" adını da əlavə etməyə məcbur olub. Komandanın yenidən "Turan" adı ilə iştirakı və qediyyatı üçün borc ödənməlidir. Tovuzun futbol ictimaiyyəti də məhz bu məsələnin həlli və komandaya güzəşt etməsi üçün Şensoya müraciət ünvanlamağa hazırlaşır.