
Tovuzda taekvando turniri keçirilib
- 09:30
- 33
Tovuz Taekvondo klubunun zalında Tovuz rayonu üzrə gənclər və idman sektoru ilə UGİŞM-in birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında taekvondo üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Gənclər və idman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Turnirin baş hakimi Ümüd Axundov qaydalar barədə məlumat verib, ardınca yarışa start verilib. 54 nəfər idmançının iştirak etdiyi turnirin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.