
Tovuz stadionunda işıqlandırma işlərinə başlamaq üçün bu qurğuların gəlişi vacibdir
- 13 May 2023 17:00
- 465
Tovuz şəhər stadionunun işıqlamdırılması üçün nəzərə tutulan işıq dirəkləri və projektorlar artıq arenaya gətirilib.
Rekord.az xəbər verir ki, onların quraşdırılmasına mövsümün bitimindən sonra start veriləcək.
İşlərə indi də başlamaq olar, lakin bunun üçün bütün avadanlıqlar Tovuza gətirilməlidir. İlk növbədə elektrik enerjisinin çəkilməsi üçün vacib olan naqillər gətirilməlidir. Bundan başqa, işıqlandırma sisteminin işə salınması üçün mütləq şəkildə 2 generator qurğusunun da alının arenaya gətirilməsi mütləqdi. Deyilənə görə, bunlar üçün də vəsaiyt ayrılıb və mayın sonuna kimi həmin qurğular da gətiriləcək.