"Tottenhem" yeni baş məşqçi axtarışlarını davam etdirir.

Rekord.az "Daily Express"ə istinadən xəbər verir ki, Joze Mourinyonun qovulmasından sonra klub yeni baş məşqçi seçimi ilə bağlı yekun qərar verməyib.

Amma hazırda bu vəzifə üçün  iki namizəd seçilib. Bunlar Belçika millisinin baş məşqçisi Roberto Martines və "Vulverhemptonun"un çalışdırıcısı Nunu Eşpiritu Santudur.

London təmsilçisinin artıq ispaniyalı mütəxəssislə əlaqə saxladığı və Avro-2020-nin sonunda onunla müqavilə imzalaya biləcəyi bildirilir.

Qeyd edək ki, "Tottenhem" aprelin 19-u baş məşqçisi Joze Mourinyo ilə yolları ayırıb. Komandanı müvəqqəti olaraq Rayan Meyson çalışdırır.