"Barselona"nın futbolçusu Ferran Torres Avropa Liqasının pley-off mərhələsində "Napoli" ilə ilk matçın ikinci yarısını klubun loqosu olmayan forma ilə keçirib.

Rekord.az xəbər verir ki, bu barədə jurnalist Riçard Bukston öz sosial şəbəkə hesablarında məlumat yayıb.

O, Torresin "Napoli" ilə matçda vurduğu qoldan sonra çəkilmiş fotosunu paylaşıb. Şəkildə Torresin formasında "Barselona"nın və klubun texniki sponsoru "Nike" şirkətinin loqosunun olmadığı görünür.

Sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Kataloniya klubunun yeganə qolunu F.Torres 59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə vurub.

Komandalar arasında cavab oyunu isə fevralın 24-ü İtaliyada olacaq.