
Tərlan Əhmədov futboldan getdiyini açıqladı
- 08 Apr 2022 11:00
- 593
"Vallah, mən heç kimin fikri ilə bağlı açıqlama vermək istəmirəm. De Byazini kim gətiribsə, özü də cavab versin!"
Rekord.az xəbər verir ki, bu sözləri "Football-plus.az" saytına açıqlamasında Tərlan Əhmədov deyib. Təcrübəli mütəxəssis millinin baş məşqçisi Canni de Byazinin yığma üzvlərini qorxaq və xaraktersiz adlandırmasına münasibət bildirmək istəməyib. Əhmədov, ümumiyyətlə, futboldan uzaqlaşdığını söyləyib:
"Mənəvi məsələ olsa belə, fikir bildirmək istəmirəm. Onsuz da futboldan uzaqlaşmışam. Bu sahəyə lazım olmadığımı başa düşdüm. Anladım ki, nə Avropa çempionu olmuşam, nə bu qədər il işləmişəm. Kim nə bilirsə, onu da edir. Siz Allah, məndən uzaq durun! Xahiş edirəm!"