“Tənqidlərə açığıq” - Fərid Namazov
- 21:51
- 23
"İmişli"nin baş məşqçisi Fərid Namazov Premyer Liqanın 1-ci turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, qolsuz heç-heçəni belə şərh edib:
“Çempionatın ilk oyunu həmişə ağır keçir. Bərabər oyun getdi. Hər iki komandanın qol epizodları oldu. Taktiki planda istədiyimiz kimi oynamağa çalışdıq. Həm hücumda, həm də müdafiədə istədiklərimizi yerinə yetirdik. Püşk atılandan sonra rəqibi təhlil edirdik. Planımız rəqibin qarşısını almaq yox, öz oyunumuzu inkişaf etdirmək idi. Biz də qələbə qazana bilərdik, rəqib də.
Yaxşı qol epizodlarımız var idi. Əsasən də standart vəziyyətlərdən. Bunun üzərində çox çalışırıq. Qələbənin tam olaraq bizim haqqımız olduğunu demək ədalətsizlik olar. "Araz-Naxçıvan"ın da qol epizodları var idi.
3-4 turdan sonra komandaların hansı mövqelər uğrunda mübarizə aparacağı bilinəcək. Rəqiblərlə bağlı şifahi məlumatlarımız var. Təzyiq olmalıdır. Tənqidlərə açığıq. Tənqid olmasa, mən də inkişaf edə bilmərəm. İnsan həmişə təzyiq altında olmalıdır ki, yaxşı yerlərə gəlib çıxa bilsin”.