
Təbriz klubunun qələbə həsrəti 8 oyuna çatdı
- 19 Fev 2022 11:21
- 447
Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “İstiqlal”la qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 0:1. Komanda artıq səkkiz oyundur qələbəyə həsrətdir.
“Traktor” 18 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.