
Tarixi klub I Divizionda oynamaq üçün AFFA-ya məktub göndərib
- 12 Apr 2023 15:00
- 817
Daha bir komanda növbəti mövsüm I Divizionda oynamaq üçün AFFA-ya müraciət edib.
Rekord.az xəbər verir ki, Qazaxın "Göyəzən" komandası rəsmi məktubla federasiyaya müraciət edib.
Qazaxlılar hazırda sponsor axtarışındadır. Əldə etdiyimiz məlumata görə, bununla bağlı Qazax rayon icra hakimiyyətinə və qazaxın imkanlı şəxslərinə müraciət olunub. Komanda sponsor tapacağı halda divizionda oynamaqda israrlıdır.