
Tanınmış futbolçunun oğlu "Sumqayıt" Futbol Akademiyası ilə müqavilə bağladı
- 13 Noy 2022 12:00
- 855
"Sumqayıt" Futbol Akademiyasında yeni müqavilə gerçəkləşib.
Rekord.az xəbər verir ki, bir müddətdir klubda staj keçən gənc məşqçi Kamran İsmayılovla rəsmi müqavilə bağlanıb.
Kamran klubun futbol akademiyasında fəaliyyət göstərən "Təməl qrupu"nda (U-6-dan U-9-a kimi) məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, 30 yaşlı məşqçi Sumqayıt futbolunun tanınmış simalarından olan veteran futbolçu Vüqar İsmayılovun oğludur. Vüqar karyerası boyu "Xəzər" Sumqayıt, "Neftçi", "Şəmkir", "Viləş", "Sumqayıt" kimi klubların formasını geyinib. "Xəzər"lə iki dəfə ölkə çempionatının gümüş, "Şəmkir" və "Viləş"lə bürünc medallarını, "Neftçi" ilə isə ölkə kubokunu qazanıb.