Azərbaycan taekvondoçuları Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında iştirak edirlər.


Rekord.az xəbər verir ki, məşqlərə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) taekvondo bölməsinin rəhbəri Elməddin Vəliyevin rəhbərliyi altında yeniyetmə və gənclər yaş kateqoriyası üzrə 9 idmançı qatılıb.


Toplanış çərçivəsində idmançılar Türkiyənin bir neçə tanınmış komandası ilə birgə intensiv məşqlər keçir, qarşılıqlı təcrübə mübadiləsi aparır və qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyələrini daha da artırmaq imkanı əldə edirlər.


Bildirilib ki, bu cür təlim-məşq toplanışları idmançıların texniki və fiziki hazırlığını gücləndirməklə yanaşı, onların beynəlxalq arenada uğurlu çıxışlarına mühüm töhfə verir.