Aprelin 1-də taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək.

Rekord.az xəbər verir ki, İnsbrukda 2 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunacaq. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvəsini sınayacaq. 

Qeyd edək ki, bu gün İnsbruka yollanan komanda aprelin 3-də Bakıya qayıdacaq.