
Taekvondoçular Qazaxıstan və Özbəkistandan medallarla qayıtdılar
- 11 İyn 2025 17:40
- 56
Azərbaycan taekvondoçuları Qazaxıstan və Özbəkistanda keçirilən açıq beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil ediblər.
Rekord.az xəbər verir ki, iyunun 1-də Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda Rüqəyyə Əliyeva (28 kq) və Aylin Salahlı (41 kq) qızıl, Çilingir Gökalp (36 kq) isə gümüş medal qazanıblar.
Daha sonra Özbəkistanın Daşkənd şəhərinə yola düşən təmsilçilərimiz iyunun 7-də “Grand Master” taekvondo klubunun təşkilatçılığı ilə keçirilən turnirdə qüvvələrini sınayıblar. Klub üzvlərindən Çilingir Gökalp (36 kq) bu dəfə bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. Aylin Salahlı (41 kq) isə çempionluğunu bir daha sübut edib. Rüqəyyə Əliyeva (28 kq) isə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.