Quba şəhərində taekvondo zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında taekvondo üzrə Quba rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilyin açılışında yarış qaydaları iştirakçıların diqqətinə çatdırılmışdır.

100 nəfərdən artıq idmançının müxtəlif çəki dərəcələrində qatıldığı yarış gərgin mübarizə şəraitində keçmişdir.

Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.