Millimiz iki yoldaşlıq oyunu keçirəcək
- 16:30
- 25
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində İraq yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, ilk görüş noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutacaq və saat 19:00-da başlanacaq.
Komandalar arasında ikinci matç noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşma isə saat 16:00-da start götürəcək.
İlk oyun “CBC Sport” telekanalında, ikinci görüş isə “CBC Sport”un YouTube kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.