Azərbaycanın "LANDAU Lions" klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda 6-cı turun ən yaxşı oyunçusu seçilib.


Bu barədə "Rekord"a klubun mətbuat xidmətindən məlumat verilib.


O, İsveçrədə yerli "Lions de Geneve" komandası ilə oyunda 34 xal, 2 ribaund, 2 assist və 30 effektivlik göstəricisi ilə fərqlənib.


Xatırladaq ki, "şirlər" bu matçda rəqibinə 77:85 hesabı ilə məğlub olub.