Azərbaycan karateçilərindən beynəlxalq turnirdə 23 medal
- 17:40
- 26
Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə "Tbilisi Open-2026" beynəlxalq turnirində 23 medal qazanıblar.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ölkə təmsilçiləri yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc mükafata sahib çıxıblar.
Turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı iştirak edib. Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.