Ölkə birinciliyində növbəti oyun keçirilib
- 15:27
- 30
Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekrod.az" xəbər verir ki, bu gün Super Liqada "Murov Az Terminal" və "Turan" klubları qarşılaşıblar.
"Turan" klubunun Çempionlar Liqasındakı qrafiki nəzərə alınaraq komandanın 9-cu tur qarşılaşması bu gün keçirilib. "Murov Az Terminal" VK-nın idman zalında təşkil olunan görüş qonaq komandanın üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda "Turan" quru hesabla qalib gəlib.
Super Liqa
16 noyabr
9-cu tur
"Murov Az Terminal" - "Turan" 0:3 (15:25, 13:25, 33:35)