“Tacikistanla matçda qələbə qazanmaq istəyirik” - Ayxan Abbasov
- 22:00
- 34
Azərbaycan millisi Tacikistanla oyunda qələbə qazanmaq istəyir.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis sabahkı matça ciddi hazırlaşdıqlarını bildirib:
"Bizi qarşıda 4 oyun gözləyir. İlk dəfədir ki, milli səviyyəsində qısa müddət ərzində 4 matç keçirəcəyik. Bunun üçün geniş heyət yığmışıq. Rəqib komanda 2026-cı ildə məğlub olmayıb. Tacikistanla matçda yaxşı oynayaraq qələbə qazanmaq istəyirik. Futbolçularımız əllərindən gələnin ən yaxşısını edəcəklər".
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.