
Şuşada "Trabzonspor"un bayrağı açıldı VİDEO
- 26 Apr 2022 14:45
- 453
"Trabzonspor" azarkeşləri Türkiyə Superliqasının 35-ci turunda çempionluğu rəsmiləşdirə biləcəyi "Antalyaspor"la oyundan Şuşaya gedib.
Rekord.az xəbər verir ki, bir qrup azarkeş Şuşa qalasında klubun bayrağını açıb və "Bizə hər yer Trabzon" şüarı səsləndiriblər.
Qeyd edək ki, "Trabzonspor" ölkə çempionatında 76 xalla 1-ci pillədə qərarlaşıb. Komanda aprelin 30-da keçiriləcək "Antalyaspor"la matçda uduzmasa, çempionluğu vaxtından əvvəl rəsmiləşdirəcək.