
Super Liqa klubunun prezidenti istefa verdi
- 26 Dek 2024 11:28
- 226
Türkiyə Superliqa təmsilçisi "Hatayspor"un prezidenti Levent Mıstıkoğlu istefa verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, komandanın maraqlarını ön planda tutduğu üçün vəzifəsindən ayrıldığını bildirib.
"Hatayspor" Super Liqada 9 xalla 18-ci sırada qərarlaşıb.