Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Bursaspor”dan Çağlar Şahin Akbabanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalalanıb. Anlaşmanın digər detalları barədə məlumat verilmir.

“Bucaspor”un yetirməsi olan Akbaba, karyerası ərzində “Elazığspor”, “Karabükspor”, “Adana Demirspor” və “Bursaspor”da forma geyinib.