Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, Super Liqa klubunu bundan sonra Fuat Çapa çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, "Ankaragücü”nü son olaraq Rəşid Akçay çalışdırırdı. Fuat Çapanın sonuncu iş yeri isə "Kasımpaşa" olub.