
Super Liqa klubunda yeni baş məşqçi
- 29 Avq 2022 20:20
- 399
Türkiyənin “Ankaragücü” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ömer Erdoğan çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Ömer Erdoğan Ankara təmsilçisində istefa vermiş Mustafa Dalcını əvəz edib. O, daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da baş məşqçi olub.
“Ankaragücü” 4 turdan sonra cəmi 1 xal toplayıb.