
Super Liqa klubunda baş məşqçi istefası
- 19 Fev 2022 17:20
- 474
Türkiyənin “Rizəspor” komandasının baş məşqçisi Hamza Hamzaoğlu istefa verib.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssis ötən gecə Super Liqanın 26-cı turu çərçivəsində baş tutan “Başakşəhər”lə ev oyunundakı 0:2 hesablı məğlubiyyətdən sonra postundan ayrılmaq qərarına gəlib. Klub rəhbərliyi onun istefasını qəbul edib.
Hamza Hamzaoğlu 2021-ci ilin sentyabrından “Rizəspor”a rəhbərlik edirdi. Rizə təmsilçisi bu mövsüm Super Liqada 26 oyuna topladığı 23 xalla 18-ci pillədə qərarlaşıb.