
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
- 01 İyn 2022 17:14
- 503
Türkiyənin “Kayserispor” klubu baş məşqçi Hikmət Karamanla yollarını ayırıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
Karaman 2021-ci ildən komandaya rəhbərlik edirdi.
Kayseri təmsilçisi mövsümü 47 xalla 14-cü pillədə başa vurub.