Super Liqa klubu 3 futbolçusunu qovdu - Şikayətə görə
- 04 Yan 2020 12:42
- 740
Türkiyənin “Dənizlispor” klubu 3 futbolçusunu komandada kənarlaşdırıb.
Rekord.az xəbər verir ki, buna onların klubdan Türkiyə Futbol Federasiyasına şikayət etmələri səbəb olub.
Belə ki, Mehmet Akyüz, Oğuz Yılmaz və Burak Çalık klubun onlara olan borcunu vaxtında ödəməməsi ilə əlaqədar TFF-yə şikayət edib. Buna hiddətlənən klub rəhbərliyi isə hər üç futbolçunu heyətdən kənarlaşdırıb, üstəlik, onların özlərinə klub tapmaları tapşırılıb.
“İllərcə keçmişdən gələn borclar və transfer qadağaları ilə boğuşan klubumuz məcburən və istəməyərək qatlandığı futbolçularla bağlı qəti qərar verməli olub. Bu oyunçularımızın 2018/19 mövsümündə yaşadığımız çempionluqdakı xidmətlərini inkar edə bilmərik. Buna görə onlara təşəkkürümüzü bildiririk. Amma “Dənizlispor”un və klub camiəsinin də bu oyunçulara həm maddi, həm mənəvi, həm də karyera baxımından çox böyük təsiri olub. Bizim üçün daha vacib olan “Dənizlispor” klubu və camiəsidi. İdarə heyətinin qərarına əsasən, bu oyunçuların məvacibləri tam ödənilib və heyətdən kənarlaşdırılıblar”.
Bu 3 ayrılıqla yanaşı, Dənizli təmsilçisi heyətinə yeni futbolçu da qatıb. Belə ki, sözügedən klub TFF 2-ci Liqa təmsilçisi “Bodrumspor”da forma geyinən 20 yaşlı mərkəz müdafiəçisi Məhəmməd Özkalı transfer edib. Klubdan verilən açıqlamaya görə, tərəflər 4,5 illik müqaviləyə imza atıblar.