“Sumqayıt”la “Qəbələ”nin futbolçusuna 2 oyunluq cəza
- 15:40
- 51
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 finalının cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Sumqayıt” komandası 1000 manat cərimə edilib.
“Qarabağ” – “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olduğuna görə “Qarabağ” komandası 2500 manat cərimə edilib.
“Qarabağ” – “Şamaxı” oyununda “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilib.
“Qəbələ” – “Sabah” oyununun 48-ci dəqiqəsində “Qəbələ” komandasının 50 nömrəli futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Qəbələ” komandası 1000 manat cərimə edilib.