"Uyğurlar çox qədim tarixə malik qədim türk xalqıdı. Çində baş verənlər mənim və bütün uyğurlar üçün böyük ağrıdı. Bu çox xoşagəlməz haldı".



Rekord.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın sabiq futbolçusu, milliyyətcə uyğur olan Cəmaləddin Xocaniyazov söyləyib.

"Zenit"in yetirməsi olan 26 yaşlı rusiyalı müdafiəçi Çindəki uyğurlarla bağlı vəziyyəti böyük ağrı adlandırıb:
 

"Çox xoşagəlməz haldı ki, uyğurları yalnız Olimpiadadan əvvəl xatırlayırlar. Xatırlayırlarsa, deməli hər şey çox səthi gedir. Bu, heç bir real dəyişikliyə səbəb olmur".



Xatırladaq ki, Türkmənistanda anadan olan Xocaniyazov 2019-22-ci illərdə "Sumqayıt"da çıxış edib. O, yay fasiləsində Rusiyada qayıdaraq hazırda 1-ci divizionda çıxış edən Tolyatti "Akron"unun futbolçusudu.