
"Sumqayıt"dan millidən qovulan üzvü ilə bağlı AÇIQLAMA
- 04 İyn 2022 20:00
- 1363
Xəbər verdiyimiz kimi, Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan U-19 millisinin heyətində dəyişiklik olub. Belə ki, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb.
Rekord.az məsələ ilə bağlı "Sumqayıt" klubu ilə əlaqə saxlayıb və futbolçuları olan Xəyalın hərəkətinə münasibət öyrənib.
Eyni zamanda gənc futbolçuya klub tərəfindən hərt hansı cəza nəzərdə tutulub-tutulmadığını da soruşub. "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məsələnin mütləq araşdırılacağını söyləyib: "Məsələdən məlumatlıyıq. Xəbər çıxan kimi, bu haqda klubun idman direkoru Zamiq Hüseynovy da məlumatlandırdım və o da bundan məlumatlı olduğunu bildirdi. Eyni zamanda kluba da bununla bağlı məlumat göndərilmişdi. Baxmayaraq ki, sabah istirahət günüdür, futbolçu bazaya çağırılacaq və məsələ bütün detalına kimi araşdırılacaq. Təbii, futbolçunun günahkar olduğu təsdiqini tapsa, mütləq cəzasını alacaq. Çünki heç bir intizamsızlıq cəzasız qala bilməz və bununla bağlı mütləq ölçü götürüləcək".