2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Rekord.az xəbər verir ki, vitse-kapitan Vüqar Mustafayev növbəti mövsümdə də bu komandada çıxış edəcək.

Qeyd edək ki, 2019-cu ildən bu komandanın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümümilikdə 40 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin uğurları üçün çalışıb.