“Araz-Naxçıvan”ın legioneri zədədən sonra məşqlərə qayıtdı
- 18:30
- 24
"Araz-Naxçıvan"ın zədəsi sağalan futbolçusu Alberto Fernandes məşqlərə başlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın digər üzvü olan Mustafa Əhmədzadə fərdi olaraq fiziki hazırlıq üzrə məşqçinin tapşırıqlarını icra edib.
Azərbaycan millisinin düşərgəsində olan Ağadadaş Salyanski isə kollektivə sabah qoşulacaq.