“3 İyun - Beynəlxalq Velosiped Günü” münasibətilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsi, Respublika Olimpiya Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi və “Sumqayıt Velosiped İdman Klubu”nun birgə təşkilatçılığı ilə “Gənclər Paytaxtı Sumqayıt – 2025” ili çərçivəsində veloyürüş (6,5 km məsafə) keçirilib.


Rekord.az xəbər verir ki,  yürüşdə 70-dən artıq idmançı və həvəskar velosipedçilər iştirak edib.


Veloyürüşün keçirilməsində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsiindən istifadə etməklə ətraf mühütün qorunmasıdır.