
Sumqayıtda velosiped üzrə şəhər birinciliyi keçirilib
- 10:30
- 36
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Milli Qurtuluş Gününə həsr olunmuş 2008-ci il və daha kiçik təvəllüdlü yeniyetmələr arasında velosiped idman növü üzrə Sumqayıt şəhər birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd şəhərdə Milli Qurtuluş Gününün qeyd edilməsi, sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaq, yeniyetmə və gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi ona marağın artırılması, həmçinin onların sağlam ruhda tərbiyə olunmasının təbliğidir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Qədir Nərimanov qızıl, Səfər Məmmədov gümüş, Ömər Abdullazadə bürünc medala layiq görülüb. Qalib və mükafatçılar diplom və medallarla təltif olunub.