
Sumqayıtda gimnastika üzrə şəhər birinciliyi keçiriləcək
- 11:22
- 36
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 2010-2011; 2012; 2013-2014; 2015-2017; 2018-2019-cu il təvəllüdlü idmançılar arasında açıq Sumqayıt şəhər birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd bədii gimnastika idman növünün təbliği, inkişafı, idmançılar arasında dostluq əlaqələrinin yaradılması və ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın qalib və mükafatçılarına Regional İdarənin diplomları, Azərbaycan Gimnastika Federasiyasının medal və hədiyyələri təqdim olunub.