Sumqayıtda futbol oynamaq istəyən qızlar üçün ŞANS
- 08 Avq 2026 14:00
- 269
"Sumqayıt" Futbol Klubu qadın futbolu ilə bağlı lahiyələrini genişləndirir.
Rekord.az xəbər verir ki, müxtəlif yaş qruplarından ibarət komandalar artıq məşqlərə start verib.
Eyni zamanda 13-16 yaş arası futbola həvəsi olan qızlar da akademiyanın məşqlərinə dəvət olunur. Bunun üçün gün ərzində akademiyada qızlar komandasına rəhbərlik edən Sabir Mütəllimova yaxınlaşmaq lazımdı. Əlaqə nömrəsi: 055 511 26 32