Bir neçə gün öncə "Sumqayıt"ın Araz Abdullayevlə müqaviləyə xitam verməsi haqda məlumat yayımlamışdıq.

Rekord.az xəbər verir ki,klubdan da bunun təsdiqi ilə bağlı rəsmi məlumat gəlib.

Belə ki, klubun mətbuat xidmətindən "report"-a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Təcrübəli oyunçu bir müddət öncə baş məşqçi Samir Abasovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, Araz Abdullayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edirdi.