Tərlan Əhmədovun "Kəpəz"də tərcüməçinin olmaması məsələsini də ciddi problem kimi qabartmasından sonra məsələ bir qədər aktuallaşdı. İstər-istəməz tərcüməçisi olmayan klublar ön plana çıxmağa başladı.

Rekord.az belə klubardan olan "Sumqayıt"la əlaqə saxladı.

Çünki dünənə qədər bu kubda sırf yerli statuslu futbolçular oynadığı üçün tərcüməçiyə ehtiyac yox idi. Lakin bu mövsümdən legionerv qadağası götürüldü və kluba müxtəlif ölkələrdən xeyli sayda əcnəbi axını başladı. Belə olan halda, klub tərcüməçi olmadan onlarla necə ünsiyyət qurur? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova da ünvanladıq: "Samir Abbasova düşünürəm ki, tərcüməçi lazım deyil, çünki özü İngilis dilini çox yaxşı bilir. Hətta yadıma gəlir, "Sumqayıt"dakı ilk illərində İngilis dili kursuna getməkdə mən özüm də vasitəçi olmuşam. O ki qaldı qeyru-ingilis dilində danışan futbolçulara, bu məsələ ilə bağlı da problemimiz yoxdur, çünki klubun tərcüməçisi deməyək, amma əməkdaşı deyə biləcəyimiz Şahin adlı şəxs var, hansı ki, o da ingilsi dilini mükəmməl bilir, İngiltərədə təhsil alıb, o cümlədən fransız və rus dillərini də çox yaxşı bilir və lazım olanda onun da köməyindən istifadə olunur".