Futbol üzrə Azərbaycan 1-ci Liqasında 15-ci tura start verilib.


Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.


“Baku Sportinq” səfərdə “Cəbrayıl”ı 2:1 hesabı ilə məğlub edərək, lider “Şəfa” ilə xallarını bərabərləşdirib. “Səbail” isə MOİK-ə məğlub olub.


1-ci Liqa

15-ci tur

18 fevral


MOİK – Səbail 1:0

Qol: B.Soltanov, 33.


Cəbrayıl – Baku Sportinq 1:2

Qol: H.Hüseyn, 56 – İ.Allahverdiyev, 26, E.Abdullayev, 34.